“Meta” şirkəti “WhatsApp” tətbiqinin bu gün iki saatlıq işləməməsinin səbəbini açıqlayıb.
OLAY yazır ki, açıqlamada bunun “Meta” şirkəti tərəfindən buraxılan texniki səhvlə əlaqəli olduğu bildirilib.
“Problemi həll etdik və yaranan narahatlığa görə üzr istəyirik”, - deyə, şirkət əlavə edib.
Qeyd edək ki, bu gün saat 10:00-da dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda “Whatsapp”da problem yaranıb.