WOW
WOW

“Zara” Rusiyaya başqa adla qayıdır

“Zara” Rusiyaya başqa adla qayıdır

“Zara”  mağazaları Rusiyaya “Yeni Moda” adı ilə dönəcək.

OLAY yazır ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. Bildirilir ki, ümumilikdə dörd mağazanın açılması planlaşdırılır. Qeyd olunur ki, brendin bütün kolleksiyaları mağazalarda olmayacaq.

Rusiya ofisi livanlı iş adamının rəhbərliyi altında fəaliyyətini davam etdirəcək.

Oktyabrın 20-də məlum olub ki, “Zara”, “Massimo Dutti”, “Pull & Bear”, “Oysho”, “Bershka” və “Stradivarius” brendlərinin sahibi olan İspaniyanın Inditex qrupu Rusiyadakı geyim mağazalarını Livanın Azadea qrupuna satmaq imkanını müzakirə edir.

Azadea artıq Əlcəzair, Bəhreyn, Oman və Qətərdə İspaniya françayzinqinə malikdir və Rusiyada mağazalar almaq üçün komanda toplayır.