Xalq artisti Zaur Rzayev “Həmin Zaur” verilişində qonaq olub.
OLAY yazır ki, sənətçi “Sonuncu dəfə nə vaxt əsəbiləşib, səsinizi yüksəltmisiniz” sualına belə cavab verib:
“Mən elə şeylərdən qaçıram. Evdə ola bilər. Evdə də kimdir? Xanımındır, sənsən. İki nəfərin söz-söhbəti ola bilər. O da başqa mənada yox. Hərənin bir düşüncəsi var, amma evin kişisi mənəm. Evin qapısı döyüləndə mən açıram, qadın açmır. Demək ki, kişi kişilik adını saxlamalıdır. Hər kostyum geyinən kişi deyil”.