WOW
WOW

Prezidentdən Amaliya Pənahovanın oğlu ilə bağlı sərəncam!

Prezidentdən Amaliya Pənahovanın oğlu ilə bağlı sərəncam!

Mərhum Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun diplomat oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

OLAY yazır ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, İ. Muxtarov daha əvvəl Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama, Peru və Honduras Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.