Reper Kanye Uestin instaqram hesabı məhdudlaşdırılıb.
OLAY yazır ki, buna səbəb ifaçının dəfələrlə sözügedən platformanın siyasətini pozması olub.
Kanyenin hesabından paylaşım etməsi, şərh yazması və mesaj göndərməsi dayandırılıb.
Xatırladaq ki, reper ötən günlərdə keçmiş xanımı Kim Kardaşyanın anası Kris Cennerin şəklini instaqramda profilə qoyması ilə də diqqət çəkmişdi.