Ötən günlərdə Bakıda keçirilən “Formula 1” yarışlarında türk məşhurlar da gəlib.
OLAY yazır ki, tanınmış dj Mahmut Orhan, “Uberkuloz” ləqəbi ilə tanınan videobloger Berk Keklik, sosial media fenomeni Berkcan, “Sabah” qəzetinin yazarı Funda Karayel, aktyor Anıl Altan bu barədə İnstaqramda paylaşımlar ediblər.
Mahmut Orhan ötən gecə məkanların birində səhnə alıb.
“Uberkuloz” isə Bakıdakı fanatları ilə görüş təşkil edib.
Aktyor Anıl Altan isə Bakıdan etdiyi maraqlı paylaşımlarla diqqət çəkib.
Paytaxta gəlişini səmərəli keçirənlərdən biri də Berkcandır. O, “Synaps Production”ı ziyarət edib, yerli musiqiçilər və reperlərimizlə vaxt keçirib.