Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
OLAY yazır ki, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə iş adamı Nisanov Qod Semyonoviç “Dostluq” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Qod Nisanov 1972-ci il aprelin 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirib. 1990-cı ildə “AST” kampaniyasında işləyib. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə “Moskva” ticarət mərkəzini açmış, 2005-ci ildə isə “Biskvit” kompaniyasını və “Ukrayna” hotelini alıb. 2006-cı ildə isə “Avropa” hotelini açıb.
2000-2005-ci illərdə “Doymond Katters” MMC-də çalışıb.
2005-ci ildən “Kiyevskaya Ploşad” holdinqin idarə heyətinin sədridir.