WOW
WOW

Məşhur mükafat gecəsində Qarabağ izləri

Məşhur mükafat gecəsində Qarabağ izləri

Amerikalı aktrisa, model Kelli Hu “Critics Choice Awards”ın qırmızı xalçasında azərbaycanlı dizayner Rüfət İsmayılın geyimini nümayiş etdirib.

OLAY yazır ki, mükafatlandırma mərasimi bir neçə gün əvvəl Los-Ancelesdə keçirilib.

K. Hu tədbirdən sonra instaqram hesabında fotolarını paylaşaraq Rüfətə təşəkkür edib.

Bundan əlavə, aktrisa dizaynerin səhifəsinə şərh yazıb: “Paltar bu tədbir üçün tamamilə mükəmməl idi. Bunu geyinməyimə icazə verdiyiniz üçün çox sağ olun”.

Qeyd edək ki, aktrisanın geyimi dizaynerin “Sumax” adlı kolleksiyasında yer alıb. R.İsmayıl kolleksiyanı Azərbaycan xalçalarının gözəlliyindən, bənzərsiz zərifliyindən, Qarabağ xalçaçılıq məktəbinin nümunələrindən ilhamlanaraq yaradıb.