Türk aktrisa Hande Erçel “Paris Moda Həftəsi”nə qatılıb.
OLAY yazır ki, o gecədə “Balmain” brendinin siması olaraq iştirak edib.
Tədbirdə markanın 2026 yaz-yay kolleksiyası tanıdılıb və Hande də həmin kolleksiyaya aid maskulan tərzdə kostyum ilə qatılıb.
Həmçinin aktrisanın həmin obrazdakı şəkilləri “L’Officiel Türkiyə” jurnalının üz qabığını bəzəyəcək.