Türk müğənni Ebru Gündeş imic dəyişikliyi edib.
OLAY yazır ki, dekabrda verəcəyi konsertin afişasını instaqram səhifəsində paylaşan müğənni daha gündəlik və gənc stildəki saç və geyim tərzi ilə diqqət çəkib.
İzləyiciləri keçən həftə həyat yoldaşı ilə boşanan müğənninin paylaşımına “boşanmaq yaradı”, “boşandıqdan sonra gəncləşdi” rəylərini yazıblar.