İş adamı Hakan Sabancının anası Arzu Sabancı oğlunu Hande Erçellə ayırması ilə bağlı iddialara münasibət bildirib.
OLAY yazır ki, Arzu bununla bağlı instaqramda açıqlama yayıb:
“Zaman keçdikdən sonra bu açıqlamanı niyə verirəm, deyə bilərsiniz… Aşağıdakı mətnimi çox əvvəl yazmışdım, amma o vaxt çox kədərli bir xəbər aldığım üçün bu mövzuya toxunmaq istəmədim. İndi isə şərhlərdə olmadığım insan kimi göstərilmək məni məyus etdiyi üçün bu açıqlamanı vermək istədim. Dostumda gördüyüm sitatı Hande fotoları silməzdən çox əvvəl paylaşmışdım. Paylaşılan sitatın bu mövzu ilə heç bir əlaqəsi olmadığı üçün, bunun fərq ediləcəyini düşünüb silmədim. Amma bu belə səhv başa düşüldü. Hande hər kəs tərəfindən sevilən, sənətində uğurlu, zərif, ağıllı və çox dəyərli qızdır. Onların münasibətini bütün dövrü boyunca sevinc və rəğbətlə izlədim. Ayrılıq qərarı Hakan və Handeyə aiddir, biz ailə olaraq bunu sonradan öyrəndik. Oğullarımızın şəxsi həyatı tamamilə onların öz seçimidir. Biz bu prosesə heç vaxt müdaxilə etməmişik və etməyəcəyik. Məni olmadığım biri kimi göstərməyə çalışmalarına kədərlənirəm. Amma bilirəm ki, nə yazsam da, hər kəs inanmaq istədiyinə inanacaq. Mən isə sadəcə öz həqiqətimi buradan paylaşmaq istədim”.