Mərhum Əməkdar artist Aygün Bəylərin qızı Canan Malayziyadan qayıtdıqdan sonra medal qazanması ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Xəzər axşamı”na danışıb. Canan deyib ki, gələcəkdə incəsənətdə olmağı düşünür:
“Fikrimcə, yolum incəsənətdir. Allah mənə o yolu açıb. Düzdür, planımda musiqi yoxdur. Rəssamlıqla aram yaxşıdır, alınsa, animatorluq, ya da illustratorluq istəyirəm. İstəyərdim ki, anam mənlə fəxr etsin. Onun üçün də çalışmaq lazımdır. Anam haqqında hər gün düşünürəm, harada olsam da, istər Malayziyada, Azərbaycanda, Qətərdə, hər an onu fikirləşirəm. Hər gecə anamı yuxumda görürəm. Onu düşünürəm və ağlımdan çıxmır”.