WOW
WOW

“Sənin üçün darıxmışam” - Xəyanət iddiası

“Sənin üçün darıxmışam” - Xəyanət iddiası

Son günlər aktyor Berk Oktay şəxsi həyatı ilə bağlı iki ayrı iddia ilə gündəmə gəlib.

OLAY yazır ki, iddiaya görə, həyat yoldaşı Yıldız Çağrı Atiksoy onun telefonunda tərəf müqabili Gülsim Alidən gələn “Antalya yuxu kimi idi. Sənin üçün çox darıxmışam” mesajını görüb. 

Bu hadisə “Harman Yeri” serialının çəkiliş meydanında başlayan yaxınlıq iddialarını daha da gücləndirib. Gülsim Alinin isə həmin mesajların yayılmaması üçün Atiksoydan xahiş etdiyi irəli sürülüb.

Ardınca aparıcı Tuğçe Aral, evli bir aktyorun ona sosial şəbəkələrdə  mesajlar göndərdiyini bildirib və bu şəxsin Berk Oktay olduğu iddia olunub.

Berk Oktay isə vəkili vasitəsilə verdiyi açıqlamada bütün iddiaları rədd edib, onların əsassız olduğunu və özünə qarşı qaralama kampaniyası aparıldığını bildirib. Məsələ ilə bağlı hüquqi prosesin başlandığı da qeyd edilib.

Bu hadisələrdən sonra aktyorun “Yasak Elma”dakı obrazı yenidən gündəm olub.