Tanınmış aparıcı Könül Muxtarova bu gün Suraxanı rayonunda yaşanan uzunmüddətli elektrik kəsintisi ilə bağlı sosial şəbəkə hesabında narazılığını ifadə edib.
OLAY yazır ki, Könülün sözlərinə görə, Suraxanı rayonunda işıqların 7 saat ərzində sönməsi, daha sonra 2 saatlıq bərpadan sonra yenidən kəsilməsi sakinləri çətin vəziyyətdə qoyub:
“Bu gün Suraxanı rayonunda 7 saat işıqlar söndü, 2 saat yanıb və yenidən sönüb. “Azərişıq”dan verilən məlumata görə, qəza baş verib və problemi aradan qaldırmağa çalışırlar. Yayın günündə kondisionersiz necə qalmaq olar? Bu problemə görə kimə müraciət olunmalıdır? Nə çətindir saatlarla problemin həllini tapmamaq?”.