İbrahim Tatlısesin qızı Dilan Çıtak Bodrumda polisə tabe olmayıb.
OLAY yazır ki, o, avtomobilini polis əməkdaşının üstünə sürüb.
Hadisə bu gün günorta saatlarında Konacık Atatürk Bulvarı Yeni Xəstəxana döngəsində baş verib.
Polis Dilan Çıtakın yük maşını ilə təhlükəsizlik zolağında hərəkət edərək yol təhlükəsizliyini pozduğunu görüb onu saxlayıb, sənədlərini istəyib.
Lakin Çıtak avtomobili hərəkətə gətirmək istəyib və “dayan” əmrinə tabe olmayaraq qaçmağa cəhd edib.
Bu zaman polis əməkdaşı silahını çıxarıb Dilan Çıtakdan avtomobildən enməsini tələb edib.
Çıtak avtomobili yenidən hərəkətə gətirdiyi zaman polis havaya atəş açaraq onu dayandırıb.
Hadisə ilə bağlı araşdırma davam edir.