Xalq artisti Emin Ağalarovun başına iş gəlib.
OLAY yazır ki, festivaldan əvvəl sənətçinin səsi batıb. Emin bu barədə özü video paylaşıb:
“Festival ərəfəsində səsim batdı. Heç vaxt başıma heç nə gəlmir. Amma festival başlayanda səsim getdi. Buna görə də inqalasiya edirəm. İnsanlar səhnədən əvvəl hazırlaşır, mən isə səsimlə məşğulam. Səsim düzəlsə oxuyacağam, düzəlməsə də pis oxuyacağam. Heç vaxt fonoqram oxumuram, ona görə də oxuyacağam. Necə alınırsa, alınacaq”.