Müğənnilər Günel Zeynalova ilə Tunar Rəhmana ağır itki üz verib.
OLAY yazır ki, sənətçilərin əmisi dünyasını dəyişib.
Bu barədə Günel məlumat yayıb:
“Ən böyük əmim, Əfi... Mən sənə Əficik deyirdim. Çox gözəl insan idin, səni çox sevirəm. Bu dünyadan əbədiyyətə köçdün. Ölümə inanmayan biri olaraq ən sonda hamımız görüşəcəyik. Əmilərimin hamısı mənim üçün dəyərlidir. Allah geridə qalanlara can sağlığı versin”.