Müğənni Sefo Demet Akalınla təqdim etdiyi hiti “Yerinde dur”un sözlərini dəyişib.
OLAY yazır ki, buna səbəb “Filinta” sözü olub. Belə ki, kəlmənin mənasını bilməyən Sefo “Ayarladım 5 filintayı” kimi qeyd edib.
Bu detal sosial şəbəkələrdə diqqət çəkib, sözün mənası yazıldıqdan sonra ifaçı “Manita”, - deyə dəyişiklik edib.
Qeyd edək ki, “Filinta” yaraşıqlı, uzun kişi deməkdir.