“Tanıyıb-tanımadığım bütün insanların yaxşı olmasını istəyən bir xanımam”.
OLAY yazır ki, bu sözləri instaqramda müğənni Gülay Zeynallı yazıb.
O, özü ilə bağlı bunları qeyd edib:
“Qətiyyən paxıl deyiləm, deyib-gülməyi sevən biriyəm. Rəfiqələrim də mənim kimidir – bir az dəlidilər. Kənardan özündən razı, heç kimi bəyənməyən biri kimi görünürəm, bilirəm. Amma cəmi iki cümləlik söhbətdən sonra fikirlər tam dəyişir və deyirlər, yaxşı qızdı”.