WOW
WOW

“Səs”in iştirakçısı xərçəngdən vəfat etdi

“Səs”in iştirakçısı xərçəngdən vəfat etdi

Uzun zamandır xərçəngdən əziyyət çəkən, “Səs Azərbaycan”ın iştirakçısı Qəşəm Cəfərov vəfat edib.

OLAY yazır ki, bu barədə onun yaxınları məlumat yayıb. Gənc müğənni bu gün həyatla vidalaşıb. 

Qeyd edək ki, Qəşəm müsabiqədə Xalq artisti Röya Ayxanın komandasında idi. Estrada ulduzu müsabiqədən sonra iştirakçısının xəstəliklə mübarizəsində ona dəstək olmuş, evində ziyarət etmişdi.