Türk aktyor Emre Törün vəfat edib.
OLAY yazır ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.
Bildirilib ki, sənətçi xərçəngdən dünyasını dəyişib.
Ailəsi onun son istəyini yerinə yetirərəl məmləkəti Balıkesirə aparıb.
Qeyd edək ki, sənətçi son olaraq “Hudutsuz Sevda” serialında rol alıb. O, daha öncə “Eşkiya Dünyaya Hükümdar Olmaz”, “Arka sokaklar”, “Koçum benim” kimi məşhur layihələrdə çəkilib.