Xalq artisti Nəzakət Teymurova yeni yaşı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, ad günü fotolarını paylaşan sənətçi bunları yazıb:
“Yeni yaşımda bir arzum var: Sənətimin işığı hələ çox ürəkləri isitsin, çox könüllərə yol tapsın... Bu günə qədər mənə dəyər verən, sevgisini əsirgəməyən hər kəsə sonsuz təşəkkürlər. Həyatımda sənət, ailəm və tələbələrim - ən böyük qazancım sizsiniz. Yaşamaq sənətim, sevmək ruhum, bölüşmək missiyam oldu...”.