Tanınmış türk müğənnilərin illik gəlirləri açıqlanıb.
OLAY yazır ki, “Forbes Türkiye”də yer alan araşdırmaya əsasən Cem Adrian siyahıda birinci sıradadır.
Belə ki, o, 6 milyon avro olan illik gəlirini 8 milyon avroya çıxarıb.
İkinci sırada yer alan Hakan Altun gəlirini 3 dəfə artıraraq 7,5 milyon avro qazanıb.
Edis isə 2023-də 5,2 milyon avro olan gəlirini 824 min avroya enib.
Üçüncü sırada yer alan Yalın isə təxminən 7 milyon avro qazanıb.
Serdar Ortaç, Gülşen, Tan Taşçı, Hadise kimi pop ulduzların gəlirlərinin aşağı düşməsi isə diqqətdən qaçmayıb.