WOW
WOW

“Sığortaya salınsın, insanlar ölür”

“Sığortaya salınsın, insanlar ölür”

Əməkdar artist Dilarə Əliyeva qardaşı Vüsal Murtuzəliyevin ağır əməliyyat sonra xəstəxana çıxışında Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb.

OLAY yazır ki, aktrisa anevrizma əməliyyatlarının yüksək qiymətinə diqqət çəkərək bildirib:

“Bir kanula 8 min manatdır. Əgər iki kanula istifadə olunursa, bu artıq 16 min edir. Maddi səbəbdən müalicə ala bilməyən çox insan var. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edirəm – icbari tibbi sığorta bu əməliyyatları da əhatə etsin. İnsanlar həyatda qalmaq üçün mübarizəni tək aparmamalıdır.”

Aktrisa qardaşının vəziyyətinin indi yaxşı olduğunu və həkimlərə təşəkkür etdiyini də əlavə edib.