WOW
WOW

Röya Ayxan 26 İyuna həsr olunmuş konsertdə

Röya Ayxan 26 İyuna həsr olunmuş konsertdə

26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Xətai rayonunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkil etdiyi möhtəşəm konsert proqramında Xalq artisti Röya Ayxan çıxış edərək, əsl bayram ab-havası yaşadıb.

OLAY yazır ki, Heydər Əliyev parkında keçirilən tədbirdə böyük izdiham müşahidə olunub. Röya Ayxan sevilən hitlərini canlı ifa edib, hərbçiləri salamlayaraq onları ürəkdən təbrik edib. Konsertdən sonra sənətçi hərbçilərlə, şəhid anaları və qazilərlə şəkillər çəkdirib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, millət vəkili Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Anar Mirzəyev, Zaur Hüseynov, Zaur Quliyev, Səxavət Baxışov, Raqif İsrayılov, şəhid ailələri, qazilər, hərbçilər, ziyalılar və şəhər sakinləri iştirak ediblər.

Konsertin sonunda Röya Ayxan avtomobilinə minərkən izdiham səbəbindən çətinliklərlə üzləşib – bu da sənətçiyə olan böyük sevgi və marağın canlı sübutu olub.