WOW
WOW

Ani Lorak Rusiya vətəndaşı oldu

Ani Lorak Rusiya vətəndaşı oldu

Ukraynalı məşhur müğənni  Ani Lorak  (əsl adı  Karolina Kuiek )  Rusiya vətəndaşlığı  alıb. Bu barədə  RIA Novosti  agentliyi sənətçiyə yaxın mənbəyə istinadla məlumat yayıb.

OLAY yazır ki, Rusiya pasportu ona 9 iyunda təqdim olunub. Eyni zamanda, müğənninin hüquqi adını – Karolina  olaraq saxladığı qeyd olunub.

Apreldə bəzi Telegram kanallarında, o cümlədən “Mash” onun  Ukrayna pasportunu da gizli şəkildə yenilədiyi  barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Ani Lorak  2024-cü ilin martında Rusiya vətəndaşlığı üçün müraciət etmişdi . O, 2017-ci ildən bəri Ukraynada səhnəyə çıxmır, səbəb kimi isə vətənində ona qarşı olan təzyiqləri göstərmişdi. Rusiya-Ukrayna müharibəsi başladıktan sonra Ukrayna ictimaiyyəti  tərəfindən “satqın” adlandırılan müğənni, Rusiyada isə Ukrayna ordusuna yardım topladığı iddiaları ilə üzləşmişdi.

Lorak isə bütün bu ittihamları rədd edərək, heç vaxt hərbçiləri maliyyələşdirmədiyini və bunu etməyəcəyini bəyan etmişdi.