WOW
WOW

“Varlığın həyatımın ən dəyərli parçalarından idi”

“Varlığın həyatımın ən dəyərli parçalarından idi”

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevlə bağlı paylaşım edib.

OLAY yazır ki, aktrisa Oqtayın ad günü olduğunu bildirib:

“Bu gün sənin doğum günündür... Sən bu dünyadan köçmüsən, amma hər gün, hər an bizimlə yaşayırsan. Vaxt keçir, illər ötür, amma yoxluğun heç vaxt vərdiş etdiyimiz bir şey olmur. Sənin səsin, baxışların, zarafatların... hamısı yaddaşımda canlıdır. Bəzən bir mahnı, bir səssizlik, bir qoxu sanki səni yenidən yanıma gətirir. Sənin varlığın həyatımın ən dəyərli parçalarından biri idi - indi isə xatirələrinlə nəfəs alıram. Qəlbimdə daim bir yerin var və orada həmişə gülümsəyirsən. Ad günün mübarək, Oqtay. Ruhun şad olsun. Bil ki, səni unutmuram. Unuda bilmərəm...”.