Əməkdar artist Lalə Məmmədova stilist Elnur Həsənovun ad günündə onunla dostluğundan danışıb.
OLAY yazır ki, Məmmədova Elnurla bağlı bunları söyləyib:
“Dünyada soruşsalar ki, milyardlar, adalar, təyyarə, yoxsa etibarlı dost? Dostu seçərsiniz. Var-dövləti Allah verdiyi kimi də ala bilər. Dostlar bizim ömürlük mükafatımızdır. Nə arzu edirəmsə, ikimiz o arzunun içindəyik. Qəribədir, gələcəklə bağlı nə arzulayıramsa, Elnur oradadır. Bəlkə, heç onun xəbəri yoxdur. Həyatımda ağlına gətirməyəcək qədər var, özəl bir yerdədir. Hər zaman birlikdə olaq”.