AzTV-də yayımlanan Muğam Müsabiqəsində Xalq artisti Sərdar Fərəcov iştirakçı Sərxan Mirzəyevi sərt tənqid edib.
OLAY yazır ki, sənətçi Mirzəyevin ifasını rüsvayçılıq adlandırıb:
“Əvvəlki müsabiqələrdə bir dəfə Əlibaba müəllimlə yanaşıydıq. Bu təsnifi oxudular. Cəfər Cabbarlının yadigarıdır. Sən bu təsnifi nə günə saldın? Nə intonasiyaları dəyişdin? Sənə kim ixtiyar verib? Haradan ağlına gəldi? Təkrar etmək istəsəm, edə bilmərəm ki, necə oxudun? Böyük rüsvayçılıq idi”.