WOW
WOW

“Ailə qurmaq istəyirəm”

“Ailə qurmaq istəyirəm”

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

OLAY yazır ki, sənətçi “Xəbərin var?”  verilişində danışıb.

Pərvin deyib ki, evlilik haqqında düşünür:

“Ailə qurmaq, uşaq istəyirəm. Amma məni bu istəkdən soyudublar. Ana olmağı o qədər çox istəyirəm. Amma təəəssüf ki…Ailə qurmaq məcburi deyil. Diqqətimi çəkən biri var ki, başqası mənə lazım deyil. Deyirlər, bu qədər toya getmişəm, pul yazdırmışam. Bir modelə pul verim, gəlib otursun yanımda. O qədər saxta toy olur ki... Belə toya dəvət almışam da, amma getməmişəm. Çox gülən, zarafat edən, hər söhbətə atdanban kişini sevmirəm. Kişi ciddi, qadın boşboğaz olmalıdır. Qadında şıltaqlıq olar, kişiyə bunu yaraşdırmıram.

Bunu deyəndə qadınlar məni qınayıram: mən güclü kişini sevirəm. Pulu, qolu yox, xasiyyət baxımından güclü olmalıdır”.