Fenomen Dilan Polat həbsxanadakı günlərindən danışıb.
OLAY yazır ki, u barədə o, qonaq olduğu proqramda açıqlama verib. Dilan deyib ki, hətta canına qəsd etmək istəyib.
“Həbsxanada elə bir material yox idi. Sadəcə tül var idi. Onunla özümü boğurdum, demək olar, ölümdən 15 saniyə əvvəl idi. Qızım gözümün qarşısına gəldi və dayandım. Bazarertəsi övladlarımla görüşürdüm, çərşənbə axşamı deyirdim ki, özümü öldürə bilərəm”, - deyə, Dilan bildirib.