Reper Elşad Xose 18 il sonra solo konsert verib.

OLAY yazır ki, sənətçi Heydər Əliyev Sarayında “Manifest” adlı konsert proqramı ilə çıxış edib. 

Elşad gecədə tamaşaçılarına təşəkkür edərək bunları söyləyib: 

“Bu vaxtı, illər ərzində bizə dəstək oldunuz, birgə olduz, birgə addımladınız. Çox sağ olun. Kimə minnətdarıq, kimə minnətdar deyilik, sadalamayacağıq. Sözün açığı özümüzdən başqa heç kimə minnətdar deyilik”. 

2000-ci illərdən bu günə qədər yadda qalan və sevilən hitlərini səsləndirən Elşadın konserti maraqlı anlarla yadda qalıb. 

Həmçinin o, Avroviziya təmsilçimiz Samira Efendi, müğənni Mehin Hümbətova və Samirə Əliməryəmlə duet səsləndirib.