Şairə Nazilə Səfərli qalmaqallı olduğu rəqqasə Fatimə Fətəliyevanın məhkəmənin qərarına əməl etmədiyini deyib.

OLAY yazır ki, bu barədə “Tarixin bir günü” verilişində danışıb.  Nazilə deyib ki, Fatimə ondan üzr istəməlidir:

Onu alçaltmamışam, demişəm xına aparanda onun qrupu aş gətirib. Bu günə qədər ona keçdiyim güzəştlərə görə peşmanam. Nərimanov İcra şöbəsi, Fatimə Fətəliyevanın himayədarı kimdir? İki ildir məhkəməni udduğum halda o məndən üzr istəməyib. Haqqımı ala bilməyəckdimsə, niyə məhkəməyə gedirdim? Onsuz da icra olunmur. Haqqım niyə tapdalanıb? Həyatımdan çıxsın, yoruldum. İstəmirəm onunla şəklimi yanyana görüm”.