Aparıcılar Zaur və Günay Baxşəliyevlər ölkədən köçməkləri ilə bağlı yayılan iddialara cavab verib.
OLAY yazır ki, onlar bu barədə “Zaurla Günaydın” verilişində danışıb. Zaur deyib ki, nə olsa, doğru xəbəri yalnız özlərindən eşidə bilərlər:
“Hara gedirik? Bunu kim özündən çıxarıb? Adam fikirləşir ki, müğənni də deyilik ki, belə deyib, toyların qarşısını alsınlar. Cəfəng şeyləri necə uydururlar? İki il əvvəl də belə bir xəbər çıxmışdı, ATV də yalanlamışdı. Özünə peşəkar deyən adamlar da bunu elə qabardırlar ki... Yanlış məlumat yaymaqla bizə nə etmək istəyirsiniz? Biz heç yerə getmirik, Vətənimizi sevirik. Gəzmək üçün gedib qayıdırıq, onsuz da sezon bitəndə hamı gedir. Bunu kim yayırsa, yanlışdır. Nə olsa, bizdən eşidə bilərsiniz”.