Müğənni Tunar Rəhman efirlərə gec-gec çıxmasının səbəbini açıqlayıb.
OLAY yazır ki, bu barədə o,”Tarixin bir günü” verilişində danışıb. Tunar deyib ki, qalmaqalı sevmir və efirə dəvət olunduğu insanların kimliyinə önəm verir:
“Ümumiyyətlə qalmaqallı xoşlamıram. Efirlərə çox dəvət edirlər, sağ olsunlar. Qəbul edirəm, gedirəm, deyirlər ki, filankəs olacaq. Amma efirə gedəndə görürsən ki, studiya insanla doludur. Deyirlər, iki nəfər olacaq, baxırsan 5 nəfərdir, o gəlir, bu gəlir. Ona görə də biz də ancaq sevdiyimiz, bizə xas olan insanalrla efirə çıxırıq”.
Tunar həmçinin mahnı yazdığı ifaçılarla bağlı kriteryalarından söz açıb:
“Məndən kimsə mahnı istəyəndə, oxuduğu janra baxıram. Studiyaya dəvət edirəm, baxırma ki, bizə əziyyət verir. Bir-iki dəfə oxuduruq, işi görüb, yaxşı səviyyəyə gətirsək də, görürük ki, bu insan bzii yoracaq. Allah kömək olsun, istedad versin”.