“Uzak şehir”in Cihanı Ozan Akbaba növbəti dəfə Azərbaycanla bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə sənətçi Fatih Altaylıya müsahibəsi zamanı danışıb.
“Əslində Azərbaycan əsilli deyiləm. Amma Azərbaycan mədəniyyəti Qafqazda çox yayılıb. Bildiyim qədəri ilə azərbaycanlılar da bizim kimi Səlcuqlarla birgə gəlib orada kök salan xalqdır. Hamımız nəticədə türkük. Mən onlarla birgə Qafqaz türkü olmaqdan qürur duyuram. Azərbaycana müqayisədə qarapapaqlar həm musiqi, həm də cəmiyyət tərəfdən çox aşağıda qalıblar. Azərbaycanlılar xüsusilə də musiqi baxımından inanılmaz yaradıcıdırlar. Onları özümə çox yaxın hiss edirəm. Azərbaycanda çox dostum var. Məsələn, Qarabağ azad olunan kimi mən ora getdim. O qədər sevirəm. Çünki ora zamanında bir çox millətin yaşadığı, lakin türk qoxan torpaqlardır. Ona görə ora ayrı simpatiyam var”, - deyə, Ozan bildirib.