Müğənni İradə İbrahimova İstanbuldakı zəlzələ ilə bağlı danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “Xəzər axşamı” verilişində açıqlama verib.
İbrahimova deyib ki, zəlzələ zamanı evdə olublar:
“Təbii fəlakətlər heç kimin qarşısına keçə bilməyəcəyi bir andır. Allahla baş-başa qaldığınız bir məqamdır, dua etməkdən başqa çarə yoxdur. Yaxşı ki, 13 saniyə davam etdi. Zəlzələ zamanı evdə idik. Və çox qəribədir ki, həmin anda mən donub qalıram. İnsanlar nəsə tədbir görürlər, qaçırlar. Amma mən donuram və ağappaq ağarıram. Əslində həyət evində yaşadığım üçün təhlükəsizlikdəyəm, amma o zəlzələni necə də hiss etdik. Bir dəqiqə davam etsəydi, pis hadisələrə səbəb ola bilərdi. Zəlzələ anında uşaqları çağırdım, həyat yoldaşım Ceyhun heç yadıma da düşmədi. Niyə yalan deyim ki? Deyəsən, evdə yatırdı”.