Növbəti Papa Filippinli “Asiyalı Fransisk” ola bilər.
OLAY “The New York Post” istinadən yazır ki, yeni Papa 67 yaşlı filippinli kardinal Luis Antonio Taqle seçilə bilər.
Buna səbəb onun, qeyri-Avropa “papabil” nümayəndələri arasında əsas fiqurlardan biri olmasıdır.
Aparıcı namizəd mərhum papaya xas olan təvazökarlığına, eləcə də ekoloji və feminist gündəmlərə münasibətinə görə “Asiya Fransisi” adlandırılıb.
Bununla belə, o, kilsədə cinsi istismara qarşı kifayət qədər sərt olmadığı üçün tənqidlərlə üzləşib.
Taqle həmçinin siyasətləri on minlərlə insanın ölümünə səbəb olan Filippinin keçmiş prezidenti Rodriqo Dutertenin narkotiklərlə mübarizə siyasətini pisləyə bilməyib.
Məlumdur ki, yeni Papa vəzifəsinə Taqle ilə yanaşı, Afrika, İtaliya, Şri-Lanka və ABŞ-dan olan şəxslər də nəzərdən keçirilir.
Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Onun 88 yaşı var idi. O, bu yaxınlarda pnevmoniyadan əziyyət çəkib və bir aydan az əvvəl, martın 23-də Gemelli Klinikasından evə buraxılıb. Xəstəxanaya yerləşdirmə beş həftə davam edib və bu müddət ərzində Papa dörd dəfə tənəffüsündə ciddi problemlərlə üzləşib.