WOW
WOW

“Azərbaycana gəlin!” - “OneRepublic”in solisti ulduzlara səsləndi

“Azərbaycana gəlin!” - “OneRepublic”in solisti ulduzlara səsləndi

Dünyaca məşhur “OneRepublic” qrupu “Crystal Hall”da konsert verib.

OLAY yazır ki, konsert zamanı qrupun soıisti Rayan Tedder Bakı ilə bağlı təəssüratlarını bölüşüb:

“İnsanları, yeməkləri möhtəşəm idi. Burada çox dadlı kabablar var. Doğrudan da çox yaxşı kabablar, dostum… Bəli, inanılmaz gözəl şəhəriniz var. Dünyanın bu hissəsində olduğumuz üçün həyəcanlıyıq. Kifayət qədər insanın çıxış etmədiyi yerlərdə səhnə almağı sevirəm. Daha çox insan Bakıya gəlib çıxış etməlidir. Ona görə də bütün digər sənətçilərə səslənirəm, qorxaq olmayın, Azərbaycana gəlin!”.