WOW
WOW

Əkizlərdən Xatirənin sözlərinə cavab!

Əkizlərdən Xatirənin sözlərinə cavab!

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları həmkarları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərinə cavab veriblər.

OLAY yazır ki, bu haqda əkizlər “Afaqla 10lar” verilişinə müsahibələrində danışıb.

“Qapımızı döyən insanlar xasiyyətimizə bələd olmalıdır. Onlar bizi geyimimizlə “ölçməməlidir”.  Biz heç bir halda vulqar şəkildə açıq-saçıq geyimlər geyinmirik ki, buna görə də qapımız döyülməsin. Geyimlərimiz müzakirə olunacaq dərəcədə geyimlər deyil. Yəni açıq-saçıq deyil. Bu yaxınlarda da Xatirənin bir rəyini oxudum. İzləyiciyə yazıb ki, quzum biz müğənniyik, açıq-saçıq da geyinsək bizə problem deyil. Gərək gəlinimizdə belə geyinsin? (gülür). Bizdən qat-qat yaşda böyük olan insanlar deyirlər ki, yeganə insansınız ki, açıq-saçıq da geyinsəniz sizə yaraşır və sizdə belə geyimlər vülqar görünmür. Bizim aşırı dərəcəmiz hansısa bir qısa libas ola bilər. Ondan başqa bizi açıq-saçıq geyimdə görə bilmərsiniz. Çünki bizim də özümünə görə  “olmazlarımız” var”.