WOW
WOW

“Miss Rusiya - 2015”i 2 il həbs cəzası gözləyir

“Miss Rusiya - 2015”i 2 il həbs cəzası gözləyir

“Miss Rusiya - 2015” model Sofiya Nikitçuku vergidən yayındığına görə 2 il həbs cəzası gözləyir.

OLAY “Mash” teleqram kanalına istinadən yazır ki, istintaq modelə qarşı cinayət işi açıb.

Buna səbəb aylar əvvəl Sofiyanın bəyannamə vermədən bahalı zinət əşyalarını sərhəddən qanunsuz şəkildə keçirməsidir.

Belə ki, model 2024-cü ilin payızında Vnukovo hava limanının “yaşıl dəhlizində” saxlanılıb.

Axtarış nəticəsində məlum olub ki, Nikitçuk “yaşıl dəhlizlə” 12 milyon rubl (təxminən 247 min manta) dəyərində zinət əşyaları keçirməyə çalışıb.

Gömrükçülər 11,6 milyon rubl (təxminən 239 min manat) dəyərində “Patek Philippe” markalı saatı, iki üzük və bir “Cartier” brendinə məxsus boyunbağı aşkar ediblər. 

Bütün bunlar isə qanuna əsasən bəyan edilməlidir. Nikitçukun sözlərinə görə, bunlar onun şəxsi əşyaları olub və guya o, baqajın bəyan edilməsinin zəruriliyindən xəbəri olmayıb. Nəticədə Sofiya 3,1 milyon rubl (təxminən 638 min manat) vergi ödəməkdən yayınıb.