WOW
WOW

Əminə Manafın cavabını verdi - Qalmaqal!

Əminə Manafın cavabını verdi - Qalmaqal!

Müğənni Əminə Şirin həmkarı Manaf Ağayevin “Gün ortası” verilişində səsləndirdiyi “Əslində mən bu verilişə o qız haqqında (Əminəni nəzərdə tutur – red.) başqa fikirlə gəlmişdim. Cavaba cavab verirəm. Kimliyindən aslı olmayaraq. Vasif Məhərrəmli mənə dedi ki, burada söhbət səndən getmir. Şabaş yığan qızlardan gedir. Yalandan sənin şəklini qoyublar. Dedim ki, o qızı tanımıram, onunla əlaqə saxla, aydınlaşdır məni deyir ya yox. Mən hösələsiz adamam. Əgər o sözlərin ünvanı mənəmsə o qızın cavabını verim. “Toyxana görməyən insan sənətkar ola bilməz” fikrini xalq mahnıları oxuyanlar haqqında demişəm. Mənim estradadan anlayışım yoxdur. Estrada ifaçıları nə oxuyurlarsa özləri bilər. Mən xalq musiqisi oxuyanlardan – Seyiddən, Xanlardan, Cabbardan, Yaqubdan, İslamdan, Dədə Süleymandan, Ağaxandan, Hacıbabadan danışıram. Bunların hamısı toyxanadan gəlib. Bəli, toyxana görməyən sənətkar ola bilməz. Evin içində sənətkar olur? Mənim estrada ifaçılarla nə işim var? Onlar heç toya gedirlər? Gedirlərsə yalnız yarım saatlıq. Mənim sözüm xanəndələrdən, xalq musiqisindən gedir. Mən gördüyüm danışıram. Heç bilmirəm bizim dövrümüzdə estrada var idi yoxsa yox. Estrada ilə işim yoxdur” fikirlərə münasibət bildirib.

OLAY yazır ki, bu haqda sənətçi instaqram səhifəsində videoaçıqlama yayıb.

Əminə fikirlərini bu şəkildə nəql edib:

“Çıxıb deyir ki, əslində mən o qız barəsində bu verilişə başqa fikirlə gəlmişdim, onun cavabını vermişdim, sonra Vasif Məhərrəmliyə zəng vurdum... Vasif Məhərrəmli mənim dostum, doğmamdır və onun bu söhbətə heç bir adiyyatı yoxdur. Mən demişəm ki, yaxşı sənətkar toyda idarə edə bilməlidir. Amma siz deyirsiniz ki, toydan çıxmayan sənətkar, sənətkar sayılmır. Siz digərlərinə, hansıkı toya görə ancaq toy mahnıları ifa edən, səhnəni bərbad günə qoyan, şabaş – pul əlində videolar çəkib, paylaşan o insanlara təkan verirsiniz ki, bu gün və ya bir neçə ildən sonra onlar çıxıb özlərinə sənətkar desinlər niyə, nəyə görə... Mənim toyum sənin toyundan daha çoxdur. Yəni belə bir şey ağlasığmır. Təsəvvür edin ki, bəstəkar Vaqif Gerayzadənin 14 yaşımdan yanındayam və 17 yaşımda biz gündüzlər gəlib məşq edib, axşamlar isə toya gedirdik və toylar konsert kimi keçirdi. Axşam toydan sonra səs yazma studiyasına keçirdik. Gecə 3-4 evə gedirdik. Səhər saat 8-də isə universitetə, dərslərə gedirdik. Mənim kimi bir neçə belə hamkarlarım var. Bu qədər insanlarıın sənətini vurursunuz yerə, amma deyirsiniz ki, toyxanadan çıxan sənəkar, sənətkar sayılır. Toyxana məktəb deyil. Deyirsiniz ki, estrada heç bilmirəm nədir, heç anlayışım da yoxdur. Bu barədə nə danışım, mövzunu niyə uzadım? Sənətkar olan insan digər janrlarında teoriyasını bilməlidir. Çünki zövqlər müxtəlifdir. Əvvəlki toylar elə keçirdi ki, insanlar məktəb idi və insanlar onları dinləməyə gedirdi. Amma əgər siz əvvəlki toyları bugünkü toylarla bir tutursunuzsa və toyxana görməyən adam sənətkar olmaz deyirsinizsə məndə sizə cavab olaraq deyirəm ki, digər janrları bilməyən insan sənətkar ola bilməz”.