Rusiyalı estrada ulduzu Alsu və onun keçmiş həyat yoldaşı, yəhudi milyarder iş adamı Yan Abramov əmlak bölgüsü işində barışıq razılaşması əldə ediblər.
OLAY “Mash” teleqram kanalına istinadən yazır ki, cütlük barışıq sazişi bağlayıblar.
Bu gün Savelovski Məhkəməsində 18 illik nikahda əldə edilən və bir ildən az davam edən əmlakın bölünməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Daha əvvəl iş adamının vəkili Aleksandr Dobrovinski bildirib ki, cütlük təxminən 20-30 milyard rubl dəyərində əmlak bölür. Söhbət mənzillərdən, bağ evlərindən, avtomobillərdən, parkinq yerlərindən və şirkətlərdəki paylardan gedir.
Qeyd edək ki, Alsu əvvəlcə barışıq sazişindən və 2,5 milyard rubl kompensasiyadan imtina etmişdi. İndi müğənninin vəkilinin sözlərinə görə, onlar iddiadan imtina ediblər. Keçmiş həyat yoldaşlarının əmlaklarını necə böldükləri hələlik açıqlanmayıb.
Xatırladaq ki, Alsu əvvəllər məhkəmədə başqa bir işdə keçmiş ərinə uduzmuşdu.