WOW
WOW

Dünyasını dəyişən 24 yaşlı aktisanın hamilə olduğu üzə çıxdı

Dünyasını dəyişən 24 yaşlı aktisanın hamilə olduğu üzə çıxdı

Bu günlərdə qəribə şəraitdə dünyasını dəyişən 24 yaşlı aktrisa Sofi Nyuveyd qəfil ölümü dünya mediası və ictimaiyyətini sarsıdıb. 10 yaşına kimi 7 filmdə rol alan Sofi, valideynlərinin sözlərinə görə, psixoloji problemlərlə üzləşib. Sonda bu vəziyyətə gənc aktrisa qalib gələ bilməyib. Bu gün Sofi haqqında yeni təfərrüatlar məlum olub. 

OLAY “RadarOnline” nəşrinin yaydığı məlumata istinadən yazır ki, olüm sənədində aktrisanın hamilə olduğu məlum olub. 

Məlumdur ki, polis Sofinin cəsədini aşkar edərkən onun yanında bir kişi olub. Onun istintaqla əməkdaşlıq etdiyi və şübhəli sayılmadığı bildirilir.

Qeyd edək ki, S.Nyuveyd aprelin 14-də səhər saat 4 radələrində Benninqton Liseyi yaxınlığındakı çayın sahilində tapılıb. Aktrisanın yarılması başa çatıb, lakin ölüm səbəbi hələ də aydın deyil.