Müğənni Sevda Sanəliyeva İlqar Mikayıloğlunun aparıcısı olduğu verilişə gəlməkdən imtina edib.
OLAY yazır ki, buna səbəb “Günə bax” verilişində onunla birlikdə yer alacaq digər qonaqlar olub.
İlqarın oğlu Nahid bildirib ki, Sevda əvvəlcə verilişə gəlməyə razılıq verib. Daha sonra proqramda yer alacaq digər qonaqların adlarını biləndə efirə gəlməkdən imtina edib.
Həmin verilişdə müğənni Kəmalə Qaramollayeva, aktyor İslam Mehrəliyev və aparıcı Firuzə Cəlilova yer alıb.