WOW
WOW

“Beyinləri ancaq dələduzluqla pul qazanmağa işləyir”

“Beyinləri ancaq dələduzluqla pul qazanmağa işləyir”

“İndi də sosial şəbəkələrdə yeni dələduzluq növü yayılıb. Səhifələr açıb guya xəstə uşaqları üçün pul yığırlar. Status yazan kimi bütün şərhlərin altında yazıb pul istəyirlər: “qara siyahı”ya atırsan, səhəri başqa səhifədən yazırlar”

OLAY yazır ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. 

Sənətçi sosial şəbəkə vasitədə pul toplayan şəxsləri tənqid edib:

“Belələrinin üzündən real ehtiyacı olanlara da kömək etmək istəmir heç kəs. Bəsdirin də... Beyinləri ancaq dələduzluqla pul qazanmağa işləyir elə bil. Hər gün nə qədər insan aldadılır: hərəsi də bir bəhanə ilə”.