WOW
WOW

Nərgiz çıxışı ilə rusları qəzəbləndirdi!

Nərgiz çıxışı ilə rusları qəzəbləndirdi!

50 il Rusiyaya girişi qadağan edilən Nərgiz Zakirova rusları yenidən qəzəbləndirib.

OLAY yazır ki, buna səbəb sənətçinin xaricdə rus dilində mahnılar ifa etməkdə davam etməsi olub.

Bununla bağlı “You can’t say It Beorse” “Telegram” kanalı Nərgizin Amerikadakı konsertindən video yayımlayıb. 

“Nərgiz Ukrayna bayrağı ilə ABŞ-ı gəzməyə və rus dilində mahnılar ifa etməyə davam edir”, – yazıda deyilir. 

Kanalın abunəçiləri müğənnini sərt şəkildə qınayıblar. 

Qeyd edək ki, Nərgizin keçmiş prodüseri Maksim Fadeyevlə uzun müddətdir münaqişəsi olub. 2023-cü ildə Fadeyev açıq şəkildə bildirdi ki, 2019-cu ildən Nərgiz onun mahnılarını qeyri-qanuni şəkildə ifa edir. 

Xatırladaq ki, N.Zakirovaya 2022-ci ildə Rusiyaya girişinə qadağa qoyulub. “MyDayTV” verilişində müğənni Daşkəndə iş məqsədi ilə uçduğunu, Rusiyaya qayıdanda isə pasport nəzarətində ona əlavə yoxlamaların lazım olduğunu və ayrı otağa getməsini bildiriblər. Orada məlum oldu ki, Xüsusi hərbi əməliyyat (Rusiyanın Ukraynaya hücumu – red.) tənqidinə görə onun ölkəyə girişi 50 il müddətinə qadağan edilib.