WOW
WOW

Erməni plagiatlığının qarşısı alındı

Erməni plagiatlığının qarşısı alındı

Bu dəfə erməni plagiatlığının qurbanı Xalq artisti Aygün Kazımova olub.

OLAY Axşam.az-a istinadən yazır ki, erməni qarmon ifaçısı Toros Papoyan Pop kraliçanın qlobal trendə düşən "S.O.S" mahnısını oğurlayıb.

Amma ermənilərin Azərbaycan musiqisinə qarşı növbəti plagiatlıq cəhdinin qarşısı tez bir zamanda alınıb. Torosun özünü müəllif kimi göstərdiyi mahnı yutubdan “Beat Music” MMC-nin şikayəti ilə silinib. 

Qeyd edək ki, “S.O.S” mahnısı hazırda bütün dünyada elektron musiqi platformalarında sürətlə yüksəlməyə başlayıb. 

Bəstə 2024-cü ilin iyulunda təqdim edilib.  Yutubda 42  milyondan çox izlənən mahnının sözləri Orxan Qarabasmaya, musiqisi isə Kazım Cana aiddir.