WOW
WOW

“Yasak Elma”nın aktrisası rəfiqəsini öldürdü

“Yasak Elma”nın aktrisası rəfiqəsini öldürdü

Türkiyəli aktrisa Sevil Akdağ rəfiqəsi Elif Kıravı qətlə yetirib.

OLAY yazır ki, hadisə gecə saatlarında baş verib.

Elif Kıravı bıçaqla qətlə yetirən S. Akdağ intihara cəhd edib. Polis tərəfindən saxlanılan Akdağ içkili olduqlarını, dava etdiklərini, mərhumun onu vurduğunu və hadisənin daha sonra baş verdiyini deyib.

Kıravın yaxınları isə onun 30 bıçaq yarası olduğunu söyləyib.

Qeyd edək ki, Sevil Akdağ bir sıra filmlərdə və “Yasak elma” serialında rol alıb.