Bu il evliliklərinin 25 illiyini və gümüş toylarını qeyd etməli olan məşhur Hollivud cütlüyü Maykl Duqlas və Ketrin Zeta-Cons boşanır.
OLAY “RadarOnline” nəşrinə istinadən yazır ki, cütlüyə yaxın mənbənin sözlərinə görə, onların evliliyi dağılmaq üzrədir.
Duqlas və Zeta-Cons gizli şəkildə ayrıldığı və artıq sakit mülk bölgüsünə başladığı da iddia olunub.
Aktyorlar arasında bütün razılıqlar əldə olunub və boşanmanın rəsmi qeydiyyata alınması an məsələsidir.
Boşanmağa isə bir neçə səbəb göstərilir.
Belə ki, sentyabrda Duqlasın 81 yaşı tamam olacaq və deyilənə görə, 55 yaşlı Zeta-Cons üçün ərinin yaşı əsl problemə çevrilib.
Cütlüyün yaxınları deyirlər ki, aktrisa həyat yoldaşının qayğısına qalmaq üçün karyerasını ikinci plana keçirib
Bundan əlavə, Ketrin və Maykl daşınmaz əmlaklarının bir hissəsini satmağa qərar veriblər. Cütlük 2018-ci ildə cütlük Bermud adalarındakı yaşayış kompleksini satışa çıxarıb. Həmçinin aşiqlər Mayorkadakı evlərini və Nyu-Yorkun şimalında yerləşən mülklərini də satmağa çalışıb.